Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127297
az

ABŞ Trampın Qrenlandiyanı “ilhaq etmək” ideyasını yüksək qiymətləndirdi

23:4005 Yanvar, 2025
61
DÜNYA
  • A

Respublikaçılar Partiyasının nümayəndələri seçilmiş prezident Donald Trampın Qrenlandiya və Panama kanalını “ilhaq etmək” fikrinə şübhə ilə yanaşırdılar, lakin senatorlar gələcək dövlət başçısına müdaxilə etmək istəmirlər.

Oxu24.com xəbər verir  ki,bu barədə The Hill məlumat yayıb.

Senator Maykl Makkolun fikrincə, Vaşinqtonun Panama kanalını almaq və ona nəzarəti bərpa etmək imkanı yoxdur. Bununla belə, o, kanalın Panama hakimiyyətinə təhvil verilməsini Birləşmiş Ştatlar üçün əlverişsiz hesab edib və qanunvericiləri Trampın “kortəbii xarici siyasət ideyalarına” hazırlaşmağa çağırıb.

Senator Con Kornin də öz növbəsində qeyd edib ki, ərazilərin genişləndirilməsi ABŞ üçün yeni bir şey deyil. “Birləşmiş Ştatlar həmişə 50 ştatdan ibarət deyildi. Biz 1845-ci ildə Alyaska, Havay və hətta Texası aldıq. Prezident Trampın dediklərindən başqa heç bir real müzakirə eşitməmişəm”, - Respublikaçı bildirib.

Daha əvvəl bildirilmişdi ki, Trampın Qrenlandiya ilə bağlı planlarının həyata keçirilməsi NATO üçün fəlakətli nəticələr vəd edir. Danimarkaya aid olan Qrenlandiyanı “ələ keçirməyə” çalışan ABŞ-da olduğu kimi, onun üzvlərindən birinin digərinin ərazi bütövlüyünü pozduğu şəraitdə hərbi blok mövcud ola bilməz.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü