Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127286
az

200 min ukraynalı cəbhəyə getdi

22:1305 Yanvar, 2025
37
DÜNYA
  • A

Amerikanın The Washington Post qəzeti Ukrayna və Qərb rəsmilərinə istinadən yazır ki, Ukrayna hakimiyyəti 2024-cü ildə təxminən 200 min insanı səfərbər edib.

Nəşr xatırladır ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı 2024-cü ildə 500 min nəfərin səfərbər edilməsinə çağırıb.

Lakin Vladimir Zelenski bu rəqəmin çox böyük olduğunu əsas gətirərək Zalujnının təklifini qəbul etməyib və nəticədə Kiyev cəmi 200 min nəfəri səfərbər edib. Qəzet yazır ki, eyni zamanda, Zelenski Vaşinqtonun hərbi xidmətə çağırış yaşını 18 yaşa endirmək tələblərini rədd edib.

Nəşr qeyd edir ki, 2024-cü ildə Ukrayna parlamenti hərbi xidmətə çağırış yaşını 25 yaşa endirməyə imkan verən qanunvericilik tədbirləri qəbul edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı