Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127281
az

Kəmaləddin Heydərov əmr imzaladı

21:1005 Yanvar, 2025
383
MANŞET
  • A

2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.

OXU24.COM xəbər verir ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:

- Seytalin Azamat Serikoviç

- Aminov Timur Vladimiroviç

- Aydarov Kani Manapoviç

- Karayev Sayasat Musayeviç

- Kenjeqaliyev Majit Serikbayeviç

- Kulxanov Azımbek Şındauletoviç

- Kuzembayev Erbol Axmetoviç

- Mendibayev Naurızbek Erlanulı

- Nuqumanov Ardak Koyşibekoviç

- Tleuberqenova Ayman Mınbayevna

 

Oxu:  Qar yağacaq

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentdən Qərbi Azərbaycan AÇIQLAMASI: "O vaxta qədər ki..."
Sumqayıtda güclü yanğın -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj