Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127207
az

Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq? - RƏSMİ

21:5903 Yanvar, 2025
88
CƏMİYYƏT
  • A

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətirilməsi ilə bağlı xəbərlər paylaşılıb.

Həmin kartların müəllimlər üçün hansı üstünlükləri olacaq?

OXU24.COM  xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsilin İnkişafı Fondu ilə əlaqə saxlayıb.

Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova qeyd edib ki, tələbə plus layihəsi çərçivəsində artıq 20 ali təhsil müəssisəsinin 170 min tələbəsinə kartlar verilib:

"Buraya həm Bakıda, həm də regionlarda yerləşən ali təhsil müəssisələri daxildir. İlk mərhələdə yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri bu layihəyə qoşulub. Artıq nazirliyin tabeliyində olmayan universitetlər və özəl ali məktəblərlə də müqavilələr imzalanır. Bundan əlavə, növbəti mərhələdə kolleclərdə və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün də "Tələbə Plus" kartlarının verilməsi planlaşdırılır.

Bu, təxminən 70 min tələbəni əhatə edəcək. Proses yekunlaşdıqdan sonra növbəti ildən etibarən "Təhsil Kartı" layihəsinə start verilməsi planlaşdırılır.

Lakin layihə çərçivəsində görüləcək işlər hələ çoxdur. Hazırda "Təhsil Kartı" müzakirə mərhələsindədir. Layihə təsdiqlənsə də, onunla bağlı konkret addımlar hələ atılmayıb. 2025-ci ildən etibarən "Təhsil Kartı"nın icrasına başlanılacağı gözlənilir," - deyə qeyd edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı