Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127178
az

“Azəriqaz” yeni tariflərin tətbiqinə start verdi

13:2903 Yanvar, 2025
61
CƏMİYYƏT
  • A

“Azəriqaz” İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib. 

Oxu24.com  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildiirlib ki, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.

Məlumatda qeyd olunub ki, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, Tarif Şurasının iclasında təbii qaz üzrə yeni tariflər müəyyənləşdirilib. Qərar yanvarın 2-dən etibarən qüvvəyə minib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi