Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127170
az

Ancelinadan Bilginerə iltifat- “Onunla işləməyi çox sevdim”

11:5903 Yanvar, 2025
43
ŞOU-BİZNES
  • A

Dünyaşöhrətli aktrisa Ancelina Coli həmkarı, Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginer haqqında iltifatla danışıb. 

Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, Bilginerlə bərabər “Mariya” filmində baş rolu canlandıran Coli onunla işləməyi çox sevdiyini açıqlayıb. 

“Tanış olduqdan dərhal sonra dost olduq. Haluk Mariyanı tapmağıma kömək etdi. Onun Onassisə necə aşiq ola biləcəyini anlamağa kömək etdi. Onun çəkiliş meydançasında olmasını və onunla işləməyi çox sevdim. Həqiqətən də, Pablonun dediyi kimi, o qədər parlaq aktyordur ki, rolunu oynadığını hiss etmirsən. Sadəcə olaraq birlikdə bir təcrübə keçdiyini hiss edirsən”,- Ancelina bildirib. 

Məlumat üçün bildirək ki, ötən ilin 11 dekabr tarixindən etibarən rəqəmsal platformada tamaşaçıların ixtiyarına verilən “Mariya” “Oskar” yarışının güclü namizədləri sırasındadır.

Filmdəki mahnı səhnələrində Colinin öz səsi və Kallasın orijinal səsyazmaları qarışdırılıb.

Qeyd edək ki, film yunanəsilli amerikalı opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Ekran işində Ancelina Mariyanı, Haluk isə yunanıstanlı iş adamı, milyarder Aristotel Onassisi canlandırıb.

 



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elgizdən İRAD: “Gəlin çimir, qayınata baxır" -VİDEO
Edip Akbayram      xəstəxanalıq   oldu
“İşte benim stilim”       ekranlara      qayıdır

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi