Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127148
az

Xərçəngin çox vaxt göz ardı edilən 5 ƏSAS ƏLAMƏTİ

19:1002 Yanvar, 2025
50
CƏMİYYƏT
  • A

Mayo Clinic Tibb Mərkəzinin ( ABŞ ) alimləri xəstələrin əksəriyyətinin görməməzlikdən gəldiyi xərçəngin beş əsas əlamətini açıqlayıblar.

OXU24.COM xəbər verir ki, tədqiqatın nəticələri "New England Journal of Medicine" (NEJM) jurnalında dərc olunub.

Əlanətlərə davamlı öskürək, ürək yanması, ət xallarının forma və ölçüsündə dəyişikliklər, genişlənmiş limfa düyünləri və nəcisdə qan varlığı daxildir.

Mütəxəssislərin fikrincə, xərçəngin aşkarlanması çətindir, çünki insanlar çox vaxt ilk xəbərdarlıq əlamətlərinə əhəmiyyət vermir, onları başqa xəstəliklərin nəticəsi kimi qəbul edirlər.

Tədqiqatın rəhbəri, onkoloq Daren Kovalın qeyd edib ki, davamlı öskürək ən çox nəzərə alınmayan əlamətdir. Alim vurğulayıb ki, söhbət məlum səbəblər olmadan üç həftədən çox davam edən öskürəkdən gedir. Bu, ağciyərlərdə xərçəngli şişlərin mövcudluğuna işarə edə bilər.

Digər narahatedici simptom boğazda və ya özofagusda şişlərin mümkün inkişafını göstərən xroniki ürək yanmasıdır. Alimlər vurğulayıblar ki, davamlı reflüks ciddi tibbi diqqət tələb edir.

Bundan əlavə, mütəxəssislər, xüsusilə yanma və ya qaşınma hissləri görünsə, ət xallarındakı dəyişikliklərə diqqət yetirməyi məsləhət görürlər. Uzun müddət davam edən şişkin limfa düyünləri və nəcisdə qan da diqqətdən kənarda qalmamalı olan simptomlardır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...