Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127141
az

"Qara polkovnik" öldü

15:5802 Yanvar, 2025
47
DÜNYA
  • A

Sovet və rus siyasətçisi Viktor Alksnis 74 yaşında vəfat edib.

Oxu24.com   bu barədə Alksnisin rəhbərlik etdiyi “Qara polkovnik” teleqram kanalında onun qızı İrina məlumat yayıb. 

O bildirib ki, dekabrın 30-na keçən gecə atası hemorragik insult keçirib və komaya düşüb. Alksnisə 2019-cu ildə prostat xərçəngi diaqnozu qoyulub.

Viktor Alksnis - aviasiya polkovniki, 2000-2007-ci illərdə Dövlət Dumasının deputatı. 1989-1991-ci illərdə SSRİ xalq deputatı, Latviya SSR Ali Sovetinin deputatı olub. O, Sovet İttifaqının dağılmasının əleyhdarı kimi şöhrət qazanıb, 1991-ci ilin avqustunda SSRİ prezidenti Mixail Qorbaçovun siyasətinə qarşı çıxan Fövqəladə Hallar üzrə Dövlət Komitəsini (QKÇP) dəstəkləyib. Alksnis mediada "Qara polkovnik" ləqəbi ilə tanınır.

1992-ci ilin oktyabrında Alksnis Latviyadan Rusiyaya gedib və ona qarşı “Latviyanın SSRİ-dən ayrılmasına qarşı yönəlmiş deputatlıq və siyasi fəaliyyətə” görə “dövlətə xəyanət” maddəsi ilə iş açılıb. O vaxtdan bəri o, bu ölkədə "persona non-qrata" olub. 2005-ci ildə Alksnis Sevastopolda keçirilən mitinqdə çıxış edərək Krımın Rusiyanın bir hissəsi olması lazım olduğunu bildirdikdən sonra Ukraynaya girişi qadağan edilib. 2022-ci ilin fevralında Alksnis Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya İran dronları ilə kütləvi şəkildə Ukraynaya hücuma keçdi
Çində yeni yoluxucu xəstəlik yayılıb
Messi Baydenin mükafatlandırma mərasiminə qatılmaqdan İMTİNA ETDİ

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...