Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127139
az

Bu ölkədə 3 günlük matəm elan edildi

15:1502 Yanvar, 2025
48
DÜNYA
  • A

Monteneqro hökuməti ölkənin cənubundakı Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətlə görə üç günlük matəm elan edib.

Oxu24.com  xəbər verir ki, ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Qərbi Balkan regionu ölkələrindən Serbiya, Bosniya və Herseqovina və Xorvatiya liderləri Monteneqro Prezidenti Yakov Milatoviçə başsağlığı mesajı ünvanlayıblar.

Monteneqro Baş naziri Miloyko Spayiç hökumətin ölkədə odlu silah saxlamağın tam qadağan olunmasını nəzərdən keçirəcəyini açıqlayıb.

Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada banka bıçaqlı hücum- Video
Rusiyada yeni təhsil sistemi- Bakalavr pilləsi ləğv edilir
"Belarusdakı diktatura Ukraynadakı demokratiyadan yaxşıdır" -Lukaşenko

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+