İngiltərədə 1972-ci ildə yoxa çıxan qadın tapılıb.
Oxu24.com xəbər verir ki,bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda 68 yaşlı Şeyla Foks 52 il əvvəl 16 yaşında yoxa çıxıb. Polis hətta o zaman məktəbli qızın bir kişi ilə münasibətə girdiyi üçün valideynlərindən qaçdığını güman edirdi. Bir neçə gün əvvəl West Midlands polisi itkin düşən britaniyalı qadının fotosunu öz internet səhifəsində və sosial mediada yerləşdirərək onu tapmaqda kömək üçün müraciət etmişdi.
Bir neçə saatdan sonra polis ictimaiyyət nümayəndələrindən britaniyalı qadının sağ-salamat olduğu və ölkənin başqa bölgəsində yaşadığı barədə təsdiq aldı.
"Biz West Midlands Polisinin ən uzun müddətdir itkin düşmüş şəxslə bağlı araşdırmalarından birinin yekununu elan etməkdən məmnunuq",deyə polis sözçüsü bildirib.
Bundan əvvəl Britaniyada yüzlərlə barel pivənin oğurlandığı bildirilirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR