Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127130
az

Çin ABŞ müdafiə şirkətlərinə məhdudiyyətləri genişləndirir

21:0202 Yanvar, 2025
53
DÜNYA
  • A

Çin ABŞ-ın 30-a yaxın müdafiə şirkətinə ikili təyinatlı məhsulların ixracını qadağan edib, onlardan 10-u Pekin tərəfindən “etibarsız” hesab olunur.

Oxu24.com  xəbər verir ki,bu barədə South China Morning Post məlumat yayıb.

“Pekin 28 amerikalı müdafiə podratçısına ikili təyinatlı məhsulların ixracını qadağan edib və onlardan 10-nu Vaşinqtonun Tayvana silah satışına görə etibarsız şirkətlər siyahısına əlavə edib”, - nəşr yazıb.

Qeyd olunur ki, Çin hakimiyyətinin müvafiq addımı ÇXR-in milli təhlükəsizliyinin qorunmasına yönəlib.

Dekabrın 27-də Çin Tayvan hakimiyyətinə silah satışına görə ABŞ-ın hərbi sənaye müəssisələrinə sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyi məhdudlaşdırıcı tədbirlərin elə həmin gün qüvvəyə mindiyini və Aerkomm, Hudson Technologies, Insitu, Oceaneering International, Raytheon Australia, Raytheon Canada və Saronic Technologies şirkətlərinə qarşı yönəldiyini qeyd edib. Pekinin tədbirləri adıçəkilən müəssisələrin əmlakının və ÇXR-də idarəçiliyinin dondurulmasını nəzərdə tutur. Tətbiq olunan sanksiyalar Çin şirkətlərinə məhdud Amerika müdafiə şirkətləri ilə müəyyən əməliyyatlar aparmağı qadağan edir.

Daha əvvəl ekspert ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının nəticələrini izah edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI