Yer kürəsində güclü maqnit qasırğası qeydə alınıb.
Oxu24.com xəbər verir ki, alimlər Yerin maqnit sahəsində pozulma dərəcəsinin beş ballıq şkala üzrə G3 ("güclü") səviyyəsinə çatdığını bildiriblər. Maqnit sahəsindəki cari pozuntularla naviqasiya və radio rabitəsində fasilələr mümkündür və ekvatora yaxın auroralar baş verir.
Yanvarın 1-də səhər saatlarında Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, Yer kürəsində zəif maqnit qasırğası başlayıb. Mütəxəssis bildirib ki, Moskva vaxtı ilə saat 7:58-də planetin maqnitosferində narahatlıq səviyyəsini əks etdirən K indeksi beş vahidə çatıb. Sinoptikin sözlərinə görə, maqnit qasırğasının zəif səviyyədə qalacağı, daha sonra günortaya doğru səngiəcəyi gözlənilirdi. Phobos hava mərkəzinin aparıcı mütəxəssisi əlavə edib ki, Rusiyanın bir sıra regionlarının sakinləri şimal işıqlarının şahidi ola biliblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR