Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127051
az

İsveçrəli qadınların burkalı geyinməsi qadağan edilib

18:0701 Yanvar, 2025
64
DÜNYA
  • A

2025-ci il yanvarın 1-dən İsveçrə hakimiyyəti ictimai yerlərdə üzü tamamilə gizlədən geyim və qarderob əşyalarının, o cümlədən burqa və niqabın geyinilməsini qadağan edib.

Oxu24.com xəbər verir ki,qadağanın pozulmasına görə cərimələr 100 ilə 1 min İsveçrə frankı arasında dəyişir (110,2 dollardan 1102 dollara qədər).


İsveçrə əhalisi bu təşəbbüsə 2021-ci ilin martında referendumda səs verib. Həmin vaxt sorğu iştirakçılarının 51,2%-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə tətbiq edilirdi.

Qadağa müsəlman dindarların geydiyi niqab və burka kimi geyimlərə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavaya təsir edəcək. İndi onları mağazalarda, restoranlarda, dövlət qurumlarında və ictimai nəqliyyatda taxmaq qadağandır. Bununla belə, üzü örtən geyim əşyaları yenə də ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq üçün geyinilə biləcək.

 İsveçrə prezidenti Karin Keller-Sutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcək. Bunlardan, siyasətçinin qeyd etdiyi kimi, təxminən 20-30 qadın niqab taxır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində yenə   zəlzələ    oldu
Çin Tibetdəki zəlzələdən sonra Rusiyaya dəstəyə görə təşəkkür edib
Paşinyan Moskvadan bahalı      hədiyyələrlə     qayıdıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Qazaxda evdə yanğın -VİDEO