Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127014
az

Gürcü rəsmilər bu Avropa ölkələrinə vizasız gedə bilməyəcək

11:4101 Yanvar, 2025
35
DÜNYA
  • A

Fransa, Almaniya və Polşanın hakimiyyət orqanları Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir. 

Oxu24.com   xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında bəyanat dərc olunub. 

Sənəddə bildirilib ki, hakim “Gürcü Arzusu” partiyasının siyasi kursu Gürcüstan hakimiyyəti ilə münasibətləri zəiflədib və əməkdaşlığın azalmasına səbəb olub.

Bəyanatda “vizasız” rejimin ləğvinin Avropa İttifaqının qərarı çərçivəsində həyata keçiriləcəyi bildirilib. Həmçinin Fransa, Almaniya və Polşanın bununla bağlı əlavə tədbirlər görmək niyyətində olduğu qeyd olunub. 

Qeyd edək ki, daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ-nin diplomatik pasport daşıyıcıları üçün vizasız gediş-gəlişin dayandırılması qərarını anti-Gürcüstan xarakterli addım adlandırmışdı.

Dekabrın 16-sı isə Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəlişin dayandırılması ilə bağlı razılığa gəlmişdilər.

Oxu24.com

ŞƏRHLƏR

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi