Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12701
az

Azərbaycana qış qayıdır - Havalar kəskin dəyişir

16:1403 May, 2019
1712
CƏMİYYƏT
  • A
 
Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Oxu24.com -un  məlimatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Mayın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort  hissi yarada bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ