Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126950
az

Rusiya aprelin 30-dək qanunsuz miqrantları ölkədən çıxarır

22:5230 Dekabr, 2024
80
DÜNYA
  • A

Rusiya Prezidenti Vladimir Putin qeyri-qanuni miqrantların Rusiyada qalmasının tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında fərman imzalayıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, sənədə əsasən, Rusiyada qeyri-qanuni olan miqrantlar aprelin 30-dək ölkəni tərk etməli və ya hüquqi vəziyyətini tənzimləməlidir.

Həmçinin qeyd edilib ki, 2024-cü ildə Rusiya miqrasiya siyasətini sərtləşdirən bir neçə qanun qəbul edib. Onlardan biri Rusiyada qanuni əsaslar olmadan qalan əcnəbi vətəndaşlar üçün nəzarət edilən şəxslərin reyestri vasitəsilə miqrantların qeydiyyata alınması mexanizmini təqdim edir. Belə şəxslər haqqında məlumatlar reyestrə sərhədi qanunsuz keçdiyi, vizanın və ya yaşayış icazəsinin ləğv edildiyi gündən daxil edilir. 2025-ci il fevralın 5-dən ölkədə deportasiya üçün miqrasiya rejimi tətbiq olunacaq. Daxili İşlər Nazirliyi miqrantları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququna malik olacaq.

Payızda Vladimir Putin qeyri-qanuni miqrasiyanın təşkilini xüsusilə ağır cinayət kimi təsnif edən bir neçə qanun imzalayıb.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Antalyada zəlzələ oldu
Avropa Komissiyasının sədri xəstəliyə yoluxdu

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu