Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126945
az

Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO

20:5630 Dekabr, 2024
68
QARABAĞ
  • A

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edi

OXU24.COM -un məlumatına görə, müraciətdə deyilir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək.

"Siz üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir. Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Suqovuşanda və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək", - DİN-dən bildirilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi