Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126794
az

Finlandiya enerji kabelini zədələməkdə şübhəli bilinən tankerin yükünü saxlayıb

19:2527 Dekabr, 2024
50
DÜNYA
  • A

Finlandiya Gömrük Xidməti Baltik dənizinin dibində enerji kabelini zədələməkdə şübhəli bilinən “Eagle S” tankerinin yükünü saxlayıb.

Oxu24.com xəbər verir  ki, bu barədə TASS Finlandiya polisinin məlumatlarına istinadən məlumat yayıb.

Gömrük xidməti gəmidə daşınan yanacaq yükünü saxlayıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Finlandiya ağırlaşdırıcı şəraitdə mümkün qanun pozuntusu ilə bağlı ilkin araşdırmanı davam etdirir.

Dekabrın 25-də Estoniya və Finlandiya arasında Estlink 2 elektrik kabeli Baltik dənizində sıradan çıxıb. Bundan sonra Baltik dənizində Finlandiya sərhəd xidməti Sankt-Peterburqdan çıxan Eagle S neft tankerini saxlayıb.

Dekabrın 27-də kabel təmir edən Telepaatti gəmisi Finlandiyanın Turku limanından Estlink 2 sualtı kabelinin zədələndiyi yerə yola düşüb.

Bundan əvvəl Aİ Baltik dənizində baş verən insidentlə əlaqədar “Rusiya Federasiyasının kölgə donanmasına” qarşı sanksiyalar elan etmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İndoneziya da BRİKS-ə     üzv      oldu
Almaniyada banka bıçaqlı hücum- Video
Rusiyada yeni təhsil sistemi- Bakalavr pilləsi ləğv edilir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”