2024-cü ildə döyüşməkdən imtina edən ruslara qarşı cinayət işlərinin sayı iki dəfə artıb.
Oxu24.com xəbər verir ki,jurnalistlərin hesablamalarına görə, 2024-cü ildə məhkəmələrə 10308, 2023-cü ildə isə 5517 belə cinayət işi daxil olub.
Ümumilikdə, müharibənin əvvəlindən Ukraynaya qarşı döyüşməkdən imtina edən ruslara qarşı 15 902 açıq məhkəmə prosesi baş tutub.
2024-cü ilin iyul ayında Rusiya müstəntiqləri rekorda imza atdılar və təxminən 1100 yeni işi məhkəmələrə göndərdilər. Həmin ay ərzində Rusiya məhkəmələri belə işlərlə bağlı rekord sayda 900 qərar çıxarıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR