Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126774
az

SON DƏQİQƏ! Rusiya rəsmi açıqlama yaydı

16:4927 Dekabr, 2024
346
CƏMİYYƏT
  • A

Rusiya tərəfi Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk dəfə bəzi məqamları açıqlayıb.

Qəzadan iki gün sonra Rusiya, nəhayət ki, təyyarənin zədələndiyi Qroznı hava məkanında həmin vaxt müşahidə olunmuş vəziyyətə aydınlıq gətirib.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - “Rosaviasya”nın rəhbəri Dmitri Yadrov danışıb.

Dmitri Yadrov bildirib ki, həmin gün və həmin saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çox ağır olub.

“Həmin vaxt Ukraynanın döyüş PUA-ları Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal uzaqlaşdırılmasını nəzərdə tutan “Xalça” rejimi tətbiq edilib.

Bundan əlavə, Qroznı hava limanı ərazisində qatı duman olub. 500 metr hündürlükdə heç bir görüntü mümkün olmayıb.

Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki dəfə cəhd edib, lakin hər iki cəhd uğursuz olub. Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına getmək qərarına gəlib.

Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var. “Embraer” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib. Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır.

Biz həmkarlarımızla birgə işə tam hazırıq”, - deyə “Rosaviasya” rəhbəri vurğulayıb.

“Rosaviasya” rəhbərinin açıqlamasında bir çox nüanslar diqqət çəkir.

Diqqət çəkən ilk məqam həmin vaxt Qroznıya dron hücumunun olmasının açıqlanmasıdır. Məlum olduğu kimi, Rusiya tərəfi dekabrın 25-də səhər saatlarında Qroznıya PUA hücumunun olması barədə rəsmi məlumat açıqlamayıb, bunu ilk dəfədir, deyir. “Rosaviasiya”nın rəhbəri bu açıqlaması ilə etiraf edir ki, Azərbaycan təyyarəsi Qroznı səmasında olanda hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarını zərərsizləşdirmək üçün işə salınıb.

“Rosaviasiya”nın rəhbəri həmin vaxt Qroznı səmasında “Xalça” rejiminin tətbiq olunduğunu bildirir. Halbuki dekabrın 25-də Rusiya PUA hücumu və “Xalça” rejiminin tətbiqi barədə rəsmi məlumat açıqlamayıb. PUA hücumu barədə ayrı-ayrı media resurslarında, sosial şəbəkələrdə məlumatlar yayılıb. Lakin maraqlıdır ki, həmin məlumatlar sonradan bəzi media resurslarından çıxarılıb. Görünür, Rusiya həmin vaxt PUA-lara qarşı hava hücumundan müdafiə sistemlərinin işə salınması faktını gizlətmək məqsədi güdüb. Çünki Azərbaycan təyyarəsinin məhz yerdən atılmış raketin partlaması nəticəsində ayrılan qəlpələrdən zədələnməsi və davamında qəzanın baş verməsi ehtimalı əsas səbəb kimi qəbul edilir.

Diqqət çəkən digər məqam isə Azərbaycan təyyarəsinin pilotuna eniş üçün başqa aeroportların təklif edilməsi barədə deyilənlərdir. Dmitri Yadrov belə bir təklifin olduğunu desə də, konkret hansı hava limanlarından söhbət getdiyini açıqlamır, onların adını çəkmir. Yaxşı olar ki, cənab Yadrov dediklərinin həqiqiliyi sübuta yetirmək üçün sübutlar təqdim etsin. Dispetçerlərlə pilotun danışığının səs yazısının yayılması sübutlardan biri ola bilər. Səs yazısını yaymaqla, dispetçerlərlə pilot arasında həmin an baş tutmuş danışıqlar bir çox mətləbləri üzə çıxarardı.

 

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı məlum oldu
Hər ödənişdə 2 qəpik tutulacaq— Azərbaycanda yenilik
Sabahın      havası

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü