Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126766
az

“Həmin gün dronlara görə...”- Rusiya tərəfi açıqladı

16:1327 Dekabr, 2024
16
DÜNYA
  • A

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğramasının bəzi detallarını açıqlayıb. 

Oxu24.com  “Kommersant”a istinadən xəbər verir ki, Yadrov təyyarənin uçuşu zamanı Qroznı səmasında vəziyyətin çətin olduğunu bildirib. 

“Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma görə Qroznıda “Ковер” planı tətbiq edilib, bundan əlavə, hava limanında sıx duman müşahidə edilirdi. Hava gəmisinin komandiri təyyarəni endirməyə iki dəfə uğursuz cəhd edib. Ona digər hava limanlarında yerə enmək təklif edilsə də, o, Aktauya getməyə qərar verdi”, - deyə Yadrov qeyd edib. 

Onun sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada Azərbaycan və Qazaxıstana hərtərəfli dəstək göstərəcək.

Qeyd edək ki, “Ковер” planı naməlum müddətə hava limanının uçuş qəbul etməsinə və yola salmasına məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp inauqurasiyadan əvvəl mitinq keçirəcək
Çin ABŞ-ın müdafiə şirkətlərinə qarşı sanksiyalar tətbiq edir
Cənubi Koreya polisi təyyarə qəzasından sonra Jeju Air-də axtarış aparıb

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ