Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126762
az

Azərbaycanın üzrlə bağlı tələbinə- Kremldən reaksiya

15:2027 Dekabr, 2024
36
SİYASƏT
  • A

“Kreml istintaq yekunlaşana qədər Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək”.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Bununla yanaşı, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O isə suala “Əlbəttə, görmüşük. Artıq bildirdiklərimə əlavə edəcək bir şey yoxdur” deyərək cavab verib. 
 

Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.

Xatırladaq ki, dünən “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Monteneqroya     başsağlığı      verdi
AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı- "İki raket atılıb"
Prezident ailəsi ilə Şahdağ       Turizm         Kompleksində

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ