Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126752
az

Dövlət qulluqçusu olmayan şəxslərin aylıq vəzifə maaşları artırıldı

14:3927 Dekabr, 2024
50
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 28 sentyabr 2004-cü il tarixli qərarında dəyişiklik edib.

Oxu24.com   xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən artırılıb.

Belə ki, maaşlar ali kateqoriya dövlət orqanları üzrə 400 manatdan 460 manata, 1-ci kateqoriya dövlət orqanları üzrə 385 manatdan 445 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə 365 manatdan 425 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanları üzrə isə 345 manatdan 400 manata çatdırılıb.

Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli qədər əlavə vəsait nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda meyit aşkarlandı
Xərçəngin çox vaxt göz ardı edilən 5 ƏSAS ƏLAMƏTİ
Şəhid ailələri və müharibə əlillərinə daha 1000     mənzil      veriləcək

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi