“Atlant”, “Avtomobilist” və “Nyu Cersi” ferma klubunda çıxış edən rusiyalı xokkeyçi Stefan Stepanov iki dəfə sərxoş halda avtomobil idarə edərkən yaxalanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.
“Dekabrın 19-na keçən gecə yol polisi əməkdaşları Leninqradski prospektində “Cadillac Escalade” markalı avtomobili saxlayıblar. Avtomobili 32 yaşlı keçmiş xokkeyçi Stefan Stepanov idarə edib. Adamdan spirt iyi gəlirdi. Ekspertiza yol polisi əməkdaşlarının şübhələrini təsdiqləyib - Stefan sərxoş olub”, - nəşr yazır.
Sonradan məlum oldu ki, Stepanov 2023-cü ilin noyabrında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bir il yarım müddətinə vəsiqəsindən məhrum edildiyi üçün sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. Faktla bağlı cinayət işi açılıb. İndi xokkeyçini iki il həbs gözləyir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR