Ukrayna hərbçiləri ilk dəfə Şimali Koreya əsgərini əsir götürüb.
Oxu24.com Yonhap agentliyinə istinadən yazır ki, bunu Cənubi Koreya kəşfiyyatı təsdiqləyib.
Yaralı Şimali Koreya əsgəri Rusiyanın Kursk vilayətində tapşırıqları yerinə yetirən Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri tərəfindən əsir götürülüb.
"Dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə biz yaralı bir Şimali Koreya əsgərinin əsir düşdüyünü təsdiqlədik və gələcək hadisələri yaxından araşdırmağı planlaşdırırıq", - deyə Seul Milli Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.
Oxu: Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır - ADLAR
Miri
Oxu24.com
ŞƏRHLƏR