Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126719
az

Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır - ADLAR

11:0127 Dekabr, 2024
386
REDAKTORUN SEÇİMİ
  • A

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiyanın "Pantsir-S" Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulmasına görə məsuliyyət daşıyan şəxslər müəyyən edilib.

Oxu24.com milli.az-a istinadən xəbər verir ki, birinci cavabdeh Çeçenistan Respublikasının Nəqliyyat Nazirliyinin rəhbərliyidir, çünki bu qurum aviasiya hissəsinə nəzarət edir. Nazir Adam Ramazanoviç Çerxiqov bu məsuliyyəti daşıyan şəxsdir.

İkinci cavabdeh "Vaynaxavia" ASC-nin rəhbəri Şahqiriyev Alvi Saydumoviçdir. Bu şirkət Qroznı hava limanını idarə edir.

Hadisəyə görə məsuliyyət daşıyan digər şəxslər arasında Rusiyanın Cənub Hərbi Dairəsinin rəhbərliyi də var, çünki Çeçenistan ərazisi məhz bu hərbi struktura tabedir. Cənub Hərbi Dairəsinin komandanı 2024-cü ilin noyabr ayında general-polkovnik Aleksandr Semyonoviç Sançik olub, onun müavini isə Vladimir Anatoliyeviç Koçetkovdur.

Bundan əlavə, Cənub Hərbi Dairəsi daxilində hava hücumundan müdafiə məsələlərinə cavabdeh olan 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun rəhbərliyi də məsuliyyət daşıyır. Bu hərbi birləşməyə general-mayor Vladimir Stanislavoviç Kutsenko komandirlik edir. Nəhayət, Çeçenistan ərazisində hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi məsələsini ilk dəfə 2022-ci ildə Ramzan Kadırov qaldırmışdı. Məsələ xüsusən Ukrayna pilotsuz uçuş aparatlarının Çeçenistana zərbə endirməsindən sonra aktuallaşmışdı, bu hadisə 2023-cü ilin oktyabrında xüsusi təyinatlılar universitetinə qarşı baş vermişdi.

Oxu:  Pilotların səs yazısı yayıldı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tutulan şəxsin şok əməlləri üzə çıxdı
Güclü yanğın: Ölən var
Donuz əti buna görə haram imiş - AÇIQLAMA

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu