Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12671
az

Deputat Tarif Şurasının qazla əlaqədar qərarından narazıdır

20:2702 May, 2019
577
İQTİSADİYYAT
  • A
 
“Mən hökumətin hesabatında, sonralar da ayrı-ayrı kütləvi informasiya vasitələrinə vermiş olduğum açıqlamalarda və Milli Məclisdəki son çıxışımda da bütövlükdə limitin ləğv olunmasının tərəfdarı idim. Bu fikirdə yenə qalıram. Tarif Şurasının qənaəti, gəldiyi nəticə isə budur”, – Milli Məclisin depuatı Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı
“Tarif Şurası vur-tut limitin sayını 500 kub qaldırdı. Hesablama aparmışdıq ki, 1700 kub bir qayda olaraq maksimum bir ay yarım görür. 500 kub da hardasa yarım ay və ya ondan bir az çox davam edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qış 6 aydan çox davam edir. Bu baxımdan ya limit daha çox artırılmalı idi, ya da birdəfəlik ləğv olunmalı idi.

Limiti qış aylarına tətbiq etmək olardı. Yaz aylarında da məsələn, köhnə qiymətlərlə ola bilərdi. Yəni 6 ayda vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, onu daha limitli tutmaq olardı. Qalan 6 ayda limitsiz olardı. Mənə elə gəlir ki, bu, daha kompromis, ədalətli yanaşmadır. Təəssüf ki, olmadı.

Təbii qaz və elektrik enerjisinə tətbiq olunan qiymət artımı, bundan doğan limiti tamamilə aradan qaldırmaq daha faydalı olardı. Bu, həm aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərərdi”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu şirkət Azərbaycan bazarını tərk edir
Azərbaycan nefti bahalaşdı -Son qiymət
Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib