Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126691
az

Rusiya hələ də buna görə Ukraynaya PUL ÖDƏYİR

09:2027 Dekabr, 2024
48
SİYASƏT
  • A

​​​"Rusiya Ukraynaya ərazisindən qaz tranziti üçün pul ödəməyə davam edir".

OXU24.COM  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Müharibəyə baxmayaraq, biz müntəzəm olaraq qaz tədarükünü davam etdirdik və hələ də Ukrayna ərazisindən tranzit üçün pul ödəməyə davam edirik ", - Putin deyib.

Putin Kiyevin Kursk vilayətində silahlı təxribatlarına baxmayaraq, qaz tranzitinin dayanmadığını vurğulayıb. O, əlavə edib ki, Soxranovka keçid məntəqəsində heç bir maneəsiz işləyən ukraynalı mütəxəssislər olub.

“Onları heç kim narahat etmədi, sakitcə öz tapşırıqlarını yerinə yetirdilər, hər şey normal keçdi”, - prezident qeyd edib.

O əlavə edib ki, tranzit döyüşlərin getdiyi Sudjadan da davam edir.

“Biz gündə 14 milyon kubmetr qaz tədarük etməyə davam edirik”, - Putin yekunlaşdırıb.

Rusiya lideri onu da bildirib ki, Yeni ilə bir neçə gün qalmış Ukrayna ərazisindən qaz tranziti ilə bağlı müqavilə bağlamaq mümkün olmayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu
Trampın andiçməsində bayraqlar yarıya qədər endiriləcək -Ağ Ev niyə bu qərarı verdi?
Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...