Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126679
az

Təyyarəmizi vuran “Pantsir-S”in TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

21:2226 Dekabr, 2024
88
MANŞET
  • A

Baş verən faciəvi təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Faciənin “səbəbkarı” “Pantsir-S” hava hücumundan müdafiə sistemləri ilə bağlı detallı məlumatları təqdim edirik:

“Pantsir-S” hava hücumundan müdafiə sistemləri 1994-cü ildə Tula şəhərində istehsal edilib və  2012-ci ildən Rusiyanın ordusunun arsenalına daxil olub. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub. Pantsir-S1 hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur.Texnologiya və texniki quruluş olaraq Sovet-Rusiya mənşəli hərbi silahlar kateqoriyasına aiddir. Təyinat olaraq, özüyeriyən, orta mənzilli yer-hava raket və zenit-artilleriya sistemləri sinfinə aid olan “Pantsir-S” Suriya Vətəndaş müharibəsi və Rusiya-Ukrayna müharibəsində geniş istifadə olunub. Suriyada olduqca rahat sıradan çıxarılması onun imicinə mənfi təsir etsə də, Ukraynadakı hərbi əməliyyatlar zamanı Moskvanın əlini xeyli gücləndirib. 

Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır. Sistem tam avtomatik şəkildə fəaliyyət göstərir. Hərəkətdə olduğu halda belə raket və ya zenit-artilleriya topundan atəş aça bilir. 2013-cü ildən etibarən bu ZRK-da erkən xəbərdarlıq məqsədilə iki radar stansiyasından istifadə olunur. İstənilən mənbədən daxil olan hədəf koordinatları ümumi sistemə daxil edildikdən sonra −5 və +82 dərəcə aralığında hərəkət edən hədəfi məhv edə bilər. Hədəfin məhv edilməsi məqsədilə raketlərin buraxılması intervalı 1–1.5 saniyə arasında dəyişir ki, bu da sistemi öz analoqları ilə müqayisədə əlçatmaz edir. 

Hazırda “Pantsir-S”-dən Rusiya xaricində Əlcəzair, İran, İraq, Oman, BƏƏ və Suriya kimi ölkələr də öz arsenallarında istifadə edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Bağçada ər-arvad rolunu oynamışdılar - 20 il sonra EVLƏNDİLƏR
İsrail 110 fələstinli məhbusu azad edəcək

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi