Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126674
az

İki dəfə eniş cəhdi olub - Qazax nazir detalları açıqladı

20:1126 Dekabr, 2024
47
DÜNYA
  • A

“AZAL-ın təyyarəsi Aktauda qəzaya uğramazdan əvvəl iki dəfə eniş cəhdi edib”.

Oxu24.com  “Kazaninform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

“Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib.

Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirib. Bundan əlavə, uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb”, - Karabayev qeyd edib.

Nazirin sözlərinə görə, saat 11:28-də ekipajla əlaqə itib və təyyarə qəza enişi edib. Aktau hava limanının xilasetmə xidməti dərhal hadisə yerinə gəlib və sərnişinlərin təxliyəsinə başlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çaydan 40 nəfərin meyiti tapıldı
Kanadanın Trampın tariflərinə necə hazırlaşdığı üzə çıxıb
Norveç polisi içində rus ekipajı olan     gəmini      saxladı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi