Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126627
az

AFFA bu kluba texniki məğlubiyyət verdi

14:3926 Dekabr, 2024
86
İDMAN
  • A

AFFA I Liqa klubu “Difai”yə texniki məğlubiyyət verib.

Oxu24.com xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Difai”nin cəzalanmasına XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun meydana buraxılması səbəb olub. Bununla yanaşı, komanda 400 manat cərimələnib.

Texniki məğlubiyyətlə yanaşı, “Difai”nin iki futbolçusu da cəzalandırılıb. 73-cü dəqiqədə Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub. Bəşir Ayralov isə 63-cü dqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Difai” həmçinin bu futbolçulara görə ümumilikdə 200 manat cərimələnib.

U-13 Liqasında çıxış edən “Qax 1967” komandasına da texniki məğlubiyyət verilib. Buna komandanın dekabrın 22-də keçirilməli olan “Kürmük”lə görüşdə təyin edilən vaxtda meydana çıxmaması səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Səbail” sabiq futbolçusunu    transfer      etdi
“Qarabağ” 2025-ci ildə ilk oyununu bu komandaya     qarşı     keçirəcək
Azərbaycan millisində   yeni      məşqçi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu