Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126624
az

Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı

14:2326 Dekabr, 2024
81
SİYASƏT
  • A

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş tutub.

Oxu24.com  xəbər verir ki, hökumət başçıları ötən gün baş vermiş təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.

Ə.Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə, Qazaxıstan tərəfinə təşəkkür edib.

O.Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabında qeyd qoyduğunu bildirib.

Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin cəsədlərinin ölkəmizə gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onlar İlham Əliyevə    başsağlığı      verdi
Azərbaycan XİN Fransa prezidentinin ittihamlarına cavab verib
Ermənilər yenə Laçını     atəşə    tutdu

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+