Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126616
az

"Məlumatları gizlətməkdə maraqlı deyilik"- Aşımbayev

14:0026 Dekabr, 2024
82
DÜNYA
  • A

Qazaxıstan Senatının (parlament - red.) sədri Maulen Aşımbayev Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğramasına münasibət bildirib.

Oxu24.com xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

O qeyd edib ki, təyyarə qəzasının araşdırılmasına Qazaxıstan, Azərbaycan və Rusiyanın müvafiq strukturlarının nümayəndələri cəlb olunub: "Mütəxəssislərimiz bu ölkələrin nümayəndələri ilə birgə işləyirlər. Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxarmaq, bunun hansısa hərəkətlərin nəticəsi və sair adlandırmaq fərziyyədir. Bunlar əsassız ifadələrdir, bu cür qiymətləndirmənin yayılması yanlış və qeyri-etikdir. Bu, ilk növbədə, müəyyən insanların özləri üçün müəyyən dividendlər qazanmaq və özləri üçün nəsə, o cümlədən baxışlar əldə etmək istədiklərinin göstəricisidir. Komissiya, mütəxəssislər işləyir, ekspertlər hər şeyə baxır, nəticə çıxaracaqlar. Nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan məlumatları gizlətməkdə maraqlı deyil". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da ötən gün 956 qanunsuz miqrant həbs edilib
Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq
Məhkəmə keçmiş qazax deputata 8 ilhəbs    cəzası   verdi