Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126582
az

Qəzaya düşən 15 nəfər Azərbaycan vətəndaşı sağ qalıb- RƏSMİ

11:0226 Dekabr, 2024
26
CƏMİYYƏT
  • A

Məlumat verildiyi kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının, eyni zamanda, Rusiya Federasiyası Çeçenistan Respublikasının ombudsmanlarının iştirakı ilə birgə işçi qrup yaradılıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Oxu24.com   bildirilib ki, işçi qrupa daxil olan son məlumatlara əsasən, qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki, müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.

Məsələ Azərbaycan Ombudsmanının diqqət mərkəzindədir.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəzərin suyu niyə qırmızı rəngə boyanıb?
Azərbaycanda qayınata gəlinin evinin önünə QUMBARA ATDI
Hava ilə bağlı açıqlama


Oyun zamanı pişik nə etdi? - FOTO

18+

Deputat turisti zorladı
Bakıda faciə: Hamilə qadın əri ilə öldü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Soğanla prostatı belə müalicə etmək olar - KİŞİLƏR OXUSUN
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var