Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126578
az

Azərbaycan qəzanı Qazaxıstan və Braziliya ilə birgə araşdırır

10:3126 Dekabr, 2024
21
SİYASƏT
  • A

Qəzaya düşən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Braziliya nümayəndələri birlikdə araşdırma aparır.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Azərbaycanda cinayət işi açılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Azərbaycanlı nazirlərdən ibarət komissiya üzvləri hadisənin baş verdiyi əraziyə baş çəkibər.

Həmçinin Qazaxıstanda nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

Məlumat üçün bildirək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Braziliya istehsalıdır. Azərbaycan 2013-cü ildən uçuşlarda bu təyyarələrdən istifadə edir.

Xatırladaq ki, təyyarədə 67 sərnişin olub. Onlardan 38 nəfəri həlak olub. 29 nəfər, o cümlədən iki uşaq müxtəlif xəsarətlərlə sağ qurtulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi
"Azərbaycanla ilk dövlətlərarası sənədimiz var"- Paşinyan

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi