Norveçdə bütün qatarların hərəkəti dayandırılıb.
OXU24.COM xəbər verir ki, bu barədə Norveç dəmir yol hərəkətinin inkişafı və idarə edilməsi üzrə dövlət agentliyinin saytında bildirilib.
Məlumata görə, hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır.
Norveçin bəzi şəhərləri dəmir yolu marşrutlarını təkrarlayan avtobusları işə salıb.
Bəzi sərnişinlər təyinat yerinə kimi taksi ilə təmin etdiləcək və ya onlara oteldə yerləşmə haqqı ödəniləcək.
Dəmir yolu əlaqəsinin nə vaxt bərpa ediləcəyi məlum deyil.
Oxu24.com
ŞƏRHLƏR