Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126549
az

Qazaxıstanın fövqəladə hallar naziri təyyarə qəzasından sonra Aktauya gəlib

18:4325 Dekabr, 2024
68
DÜNYA
  • A

“Embraer 190” təyyarəsinin qəzaya uğramasından sonra Qazaxıstan Respublikasının fövqəladə hallar naziri (FH) general-mayor Çingiz Arinov Aktauya gəlib.

Oxu24.com  xəbər verir ki,bu barədə “112 KZ” Telegram kanalı məlumat yayıb.

Xilasetmə işlərinə 482 nəfər, 97 texnika, iki təyyarə və dörd kinoloji bölmə cəlb olunub.

Bildirilir ki, Qazaxıstan, Rusiya və Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında videokonfrans vasitəsilə məlumat mübadiləsi aparılır.

Dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 69 nəfər olub. 10-u rus olmaqla 32 nəfər sağ qalıb.

Sputnik Qazaxıstan xəbər verir ki, təyyarə quşlarla toqquşması nəticəsində düşə bilərdi. Həmçinin bildirilib ki, təyyarənin göyərtəsindəki qaz balonu qəzadan əvvəl partlaya bilər.

Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Aktauda təyyarənin qəzaya uğradığı yerdən ilk görüntüləri nümayiş etdirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kremldən təyyarə qəzası ilə       bağlı      başsağlığı
Filippində insan sifətli       donuz     doğulub
Quranı yandıran şəxs     evində    güllələndi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb