Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126536
az

Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA

16:5225 Dekabr, 2024
36
DÜNYA
  • A

Aktauda qəzaya uğrayan təyyarənin pilotları güclü mütəxəssisdir. 

Oxu24.com  xəbər verir ki, bu barədə qazaxıstanlı aviasiya eksperti Abyl Kekilbayev bildirib.

Onun sözlərinə görə, adətən təyyarə bu şəkildə qəzaya uğrayanda ​​heç kim sağ qalmır. 

Ekspert "təyyarəni dənizə endirmək mümkün idimi?" sualına belə cavab verib: "Mülki aviasiya sahəsində mütəxəssis olaraq deyirəmki, istənilən təyyarə kapitanının verdiyi qərarı ən yaxşısı kimi qəbul edirik. Düşünürəm ki, o, bu təyyarəni hava limanına gətirib sağ-salamat endirəcəyinə əmin olduğu üçün belə bir qərar verib. Hər bir pilot belə vəziyyətə əvvəlcədən hazırlaşır. Ona görə də fövqəladə vəziyyət olsa da, onlar buna hazırdılar. Biri deyir ki, hava ilə əlaqədardır, biri deyir ki, təyyarədə oksigen çəni partlayıb. İstənilən halda bütün səbəblər hərtərəfli araşdırılacaq". 

Onun sözlərinə görə, belə bir hadisənin baş verməsinin tək səbəbi yoxdur. Belə bir vəziyyətə səbəb olan bir sıra səbəblər var: "O, 20-dən çox insanın həyatını xilas edib. Təyyarə burnu aşağı düşsəydi, hamı öləcəkdi. Amma pilot təcrübəli mütəxəssis olduğunu göstərdi və bacardıqca təyyarəni düz yerə endirməyə çalışdı. O, hava limanına çatmasa da, mümkün olan hər şeyi etməyə çalışıb. Bu baxımdan baxanda insanlar pilotun sayəsində sağ qalıblar". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Bolqarıstan İsveçdə saxlanılan gəmi ilə bağlı vəziyyəti izləyir
Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU