Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12652
az

Ağdaşda əsgərin qaydışını qeyd edən şəxslər xəstəxanalıq oldu

11:3002 May, 2019
503
KRİMİNAL
  • A
 
Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib

Oxu24.com  ona.az-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Ləki kəndində qeydə alınıb.

Kənd sakini olan bir çağırışçının hərbi xidmətdən qayıtması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən qonaqlardan 14 nəfərin yeməkdən sonra halı pisləşib. Onlardan 8 nəfərə zəhərlənmə əlamətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib.

Qalan 6 nəfəri - Pirəzə kənd sakini, 2000-ci il təvəllüdlü Mustafayeva Rəqibə Söhrab qızı, Aşağı Ləki kənd sakinləri - 1990-cı il təvəllüdlü Abdullayeva Bibixanım Feruz qızı, 1960-cı il təvəllüdlü Abdullayev Abdulla Abdurrəhman oğlu, 1984-cü il təvəllüdlü Abdullayeva Nigar Namizəd qızı, 1996-cı il təvəllüdlü Abdullayeva Zərifə Teyyub qızı və 1988-ci il təvəllüdlü Abdullayev Orxan Yaşar oğlunun vəziyyəti ağır olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Onların ət yeməyi və ya paytaxt salatından zəhərləndiyi bildirilir.

Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib