Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126515
az

XİN təyyarə qəzası ilə bağlı məlumat yaydı

15:2525 Dekabr, 2024
89
SİYASƏT
  • A

Azərbaycan Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Oxu24.com  xəbər verir ki, məlumatda deyilir:

“25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır.

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir.

Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür.

Qəza ilə bağlı “qaynar xət”lər:

AZAL

(+994) 12 5048280
(+994) 12 5048202
(+994) 12 5048203

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu 

+77087127016

Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

+7 7172 559621
+7 7292 319091

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi
"Azərbaycanla ilk dövlətlərarası sənədimiz var"- Paşinyan

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi