Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
O, bu barədə "X" hesabında paylaşım edib.
"Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır", - Baş nazir qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
***
Qırğızıstan Prezidenti Sadır Japarov AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı göndərib.
"Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Bu əvəz edilməz itkiyə görə dərd və kədərinizi bölüşürəm", - teleqramda deyilir.
Daha əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən bildirilib ki, ilkin məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 3 Qırğızıstan, 37 Azərbaycan, 6 Qazaxıstan və 16 Rusiya vətəndaşı olub.
***
Gürcüstan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
***
Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun", - səfir qeyd edib.
***
Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bu gün Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.
Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
***
Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.
***
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
O, bu barədə "X" hesabında paylaşım edib.
"AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşıladım. Fikrim həlak olanlar, onların ailələri və bu ürəkağrıdan faciədən əziyyət çəkən insanların yanındadır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiyini bildirib.
Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib.
“Hər iki qardaş ölkəyə - Azərbaycan və Qazaxıstana millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, - Prezident bildirib.
Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.
***
Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır", - paylaşımda qeyd olunub.
***
İsrailin Azərbaycandakı səfiri Corc Dik Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanların ailələrinə başsağlığı verib.
Bu barədə səfirin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin bu gün qəzaya uğraması xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə səmimi qəlbdən başsağlığı veririk. İsrail səfirliyi müvafiq qurumlarla təmasdadır və biz hər cür lazımi yardım göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun", - səfir qeyd edib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə o, "X"də yazıb.
"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm.Belə bir faciə kədərə səbəb olmaya bilməz"", Ermənistanın Baş naziri qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
Oxu24.com
ŞƏRHLƏR