Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126492
az

Azərbaycana başsağlığı verilir

13:5225 Dekabr, 2024
46
SİYASƏT
  • A

Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Oxu24.com   xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

***

İsrailin Azərbaycandakı səfiri Corc Deek də təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

O, bu barədə Corc Deek “X” hesabında paylaşım edib.

“Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok etmiş və dərin kədərə boğmuşdur. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik.İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır.Qurbanların ruhu şad olsun"- deyə paylaşımda bildirilib.

***

Gürcüstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq", - məlumatda qeyd edilib.

***

Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun", - səfir qeyd edib.

***

Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda qeyd olunub.

***

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycana başsağlığı verib.

O, bu barədə "X" hesabında paylaşım edib.

"AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşıladım. Fikrim həlak olanlar, onların ailələri və bu ürəkağrıdan faciədən əziyyət çəkən insanların yanındadır", - məlumatda qeyd olunub.

***

Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır", - paylaşımda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub
Prezidentlər istintaq prosesini müzakirə edib
İlham Əliyev Qazaxıstanın tibb personalına       təşəkkür      etdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi