Xəbər verdiyimiz kimi, bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau hava limanına eniş edərkən qəzaya düşüb.
Oxu24.com un “Sputnik Qazaxıstan”a istinadən məlumatına görə, qəzada yaralananların Qazaxıstanda təcili yardım avtomobilləri ilə xəstəxanaya aparılmasının görüntüləri yayılıb.
Yaralılardan 7 nəfərin ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyi bildirilir.
Xəsarət alanlardan ikisi 11 və 16 yaşlı uşaqlardır. Onlar uşaq xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, 28 nəfərin sağ qaldığı bildirilir.
Yaralıların xəstəxanaya çatdırılma anının görüntülərini təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR