Çeçenistan rəhbəri Ramzan Kadırov Aktauda baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, o, qəzaya düşən sərnişin təyyarəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Oxu24.com
ŞƏRHLƏR