Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi Bakı-Qroznı reysinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığını təsdiqləyib.
Oxu24.com xəbər verir ki,bu barədə idarənin Telegram kanalında məlumat verilib.
Təyyarənin Azərbaycan Hava Yollarına məxsus olduğu qeyd edilir.
Nəqliyyat Nazirliyindən əlavə ediblər ki, hadisənin baş vermə şəraiti dəqiqləşdirilir və xüsusi araşdırma aparılacaq.
Dekabrın 25-i səhər saatlarında təyyarə qəzası ilə bağlı ORDA Telegram kanalı məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə yerinə 52 canlı qüvvə və 11 bölmə texnikası göndərilib.
Təyyarənin qəzaya uğradığı yerdə yanğın başlayıb və xilasedicilər onu söndürməyə başlayıb. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.
Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 10 nəfər sağ qalıb .Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Miri
Oxu24.com
ŞƏRHLƏR