Moskva vilayətində terror aktı hazırlayan 7 nəfər saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz "Telegram" kanalında məlumat yayıb.
"Komitənin əməkdaşları 1 milyon rubl pul mükafatı müqabilində cinayət törətməyə hazır olan Perm diyarı, Moskva və Sverdlovsk vilayətlərinin sakinləri saxlayıb. Müəyyən edilmiş təqsirləndirilən şəxslər zərərçəkmişin avtomobilinin altına kustar üsulla hazırlanmış partlayıcı yerləşdiriblər və bu partlayıcı qurğunu idarə edərkən işə salınmalı idi”, - İstintaq Komitəsinin məlumatında deyilir.
Oxu24.com
ŞƏRHLƏR