Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126440
az

Kürdə batan 13 yaşlı qız imiş- “Məktəb psixoloquna deyərsən...”

10:2025 Dekabr, 2024
28
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb.

Oxu24.com un əldə etdiyi məlumata görə, çayda batan şəxsin kimliyi bəlli olub.

O, Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Kərimli Saray Sarvan qızıdır.

2001-ci il təvəllüdlü qız ötən gün saat 08 radələrində məktəb yoldaşına bildirib ki, Kür çayına gedir: “Bunu məktəbdə psixoloqa deyərsən”.

S. Kərimli lakin oraya hansı məqsədlə getdiyini bildirməyib. Onun məktəb yoldaşı N.A. bu barədə məktəbin direktoru və psixoloquna məlumat verib.

Daha sonra isə hadisə ilə bağlı sahə polis nəfərinə bildirilib.

Hazırda FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb olunmaqla Saray Kərimlinin meyitinin Kür çayında batması ehtimalı əsasında axtarış-xilasetmə işləri aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AAYDA Qarabağ və Şərqi Zəngəzurda görülən         işləri      açıqlayıb
“Həzi Aslanov” stansiyasında görüləcək      işlər      açıqlandı
Azərbaycanda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb