Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126431
az

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır

00:2525 Dekabr, 2024
174
  • A

Misirdə üsyandan təlaşlanan və İsraillə masa arxasında oturmağa hazırlaşan Misir prezidenti Sisinin qorxusu gerçəkləşib. Belə ki, insanlar küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar.

OXU24.COM  xəbər verir ki, ölkədə gərginlik 8-9 dekabr və ondan sonrakı günlərdə Suriyada Əsəd rejimin süqutunu qeyd edən nümayişlərə qadağanın qoyulması ilə başlayıb. Müxalifət qüvvələrinin Dəməşqə daxil olduğu anda Qahirənin müxtəlif yerlərində suriyalı qaçqınlar (təxminən 200 min suriyalı Misirdə qaçqın kimi yaşayır) və onlara dəstək verən Misir vətəndaşları nümayişlər keçiriblər. Aksiyada nəzarətə alınan 30 suriyalı haqqında deportasiya qərarı verilib.

Misir xalqı ölkə administrasiyasının Qəzza hadisələri ilə bağlı sərgilədiyi siyasətdən narazıdır. Qahirədə xalqın rejimə qarşı küçələrə çıxması xəbəri dünyaya əsasən sosial media vasitəsilə çatıb. Rəsmi qaynaqlar isə sosial mediada yayılan xəbərlərin yalan olduğunu və Suriyadakı hadisələri əks etdirmədiyini vurğulayırlar.

Qeyd edək ki, Suriyadakı proseslər Tehran və Tel-Əvivlə yanaşı, Misir və Ərəb Liqasına daxil olan digər ölkələr tərəfindən narahatlıqla izlənilir. Çünki Suriya olaylarının "Ərəb baharı"na yol aça biləcəyi təhlükəsi mövcuddur.

Yerli media mənbələri küçələrə çıxan insanların dözülməz hala gələn iqtisadi çətinlikləri ön planda tutan şüarlar səsləndirdiyini vurğulayır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türklərin yaşadığı bölgədə GÜCLÜ ZƏLZƏLƏ
ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından da ÇIXARIR

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Cəbrayıl şəhərciyində qadın     narkotiklə      saxlanıldı