Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126415
az

Suriyadan xəbər var

20:2724 Dekabr, 2024
44
DÜNYA
  • A

Bəşər Əsədi devirmək üçün hücumda iştirak edən Suriya silahlı qüvvələri  Suriya Müdafiə Nazirliyinə qoşulmağa razılaşıblar.

Oxu24.com xəbər verir  ki, razılıq hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam”ın lideri Əhməd əş-Şara (Əbu Məhəmməd əl-Culani) ilə qrup komandirləri arasında keçirilən görüşdən sonra əldə edilib.

AFP qeyd edir ki, görüşdən sonra dərc olunan fotoda Əhməd əl-Şaraa kürd qüvvələrinin nümayəndələri istisna olmaqla, Suriyada fəaliyyət göstərən bir neçə qruplaşmanın liderləri tərəfindən əhatə olunub. Eyni zamanda, HTS rəhbəri ölkədə “dövlət tərəfindən idarə olunmayan silahların”, o cümlədən kürd qüvvələrinin qarşısının alınması planlarından danışıb.

Dekabrın 22-də Əhməd əl-Şaraa bildirib ki, silahlı qruplaşmalar Suriyada yalnız Müdafiə Nazirliyinin nəzarəti altında mövcud ola bilər. Onun sözlərinə görə, bir çox komandirlər hökumət əleyhinə qüvvələrin hücumu başlamazdan əvvəl də bu şərtlə razılaşıblar. Keçid hökumətində Müdafiə Nazirliyinə Murhaf Əbu Kasra rəhbərlik edəcək - o, HTS-in hərbi qanadının komandiri idi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
HƏMAS dörd israilli girovu azad etdi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı