Səudiyyə Ərəbistanının Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkələrdə yeni paylaşım edib.
Oxu24.com xəbər verir ki, Milad tətilini ailəsi ilə birlikdə Avropadakı xizək kurortlarından birində keçirən 39 yaşlı futbolçu soyuqda çılpaq fotosunu yayımlayaraq izləyicilərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
"Hər kəsin Milad bayramı mübarək!" — Ronaldo paylaşıma şərhində yazıb.
2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da bildirildi. Portuqaliyalı hücumçu komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini pozduqdan sonra Səudiyyə Ərəbistanından kluba keçib. Daha sonra hollandiyalı mütəxəssis qovulub, onun yerini portuqaliyalı Ruben Amorim tutub.
Əl-Nəsr 25 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində dördüncü yerdədir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR